NEWS
Azərbaycan Universitetində inzibati heyət üçün “Effektiv ünsiyyət” mövzusunda təlim təşkil olunub
Azərbaycan Universitetində Ömürböyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi və İnsan resursları şöbəsinin birgə təşkilatçılığı ilə inzibati heyət üzvləri üçün “Effektiv ünsiyyət” mövzusunda təlim keçirilib.
Təlim-Tədris Mərkəzinin müdiri, təlimçi Samir Salayev tərəfindən həyata keçirilən təlim zamanı iştirakçılara peşəkar mühitdə yaranan ünsiyyət problemləri, özünü düzgün və effektiv ifadə etmə bacarıqları, aktiv dinləmə, empatiya və şəfqətli davranış prinsipləri, konstruktiv rəy bildirmə və tənqidə düzgün yanaşma mövzuları praktik nümunələr əsasında izah olunub.
İnteraktiv formada təşkil olunan təlimdə xüsusi situasiyalar üzrə müzakirələr aparılıb, iştirakçılarla fikir mübadiləsi həyata keçirilib.
Təlim iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, Təlim-Tədris Mərkəzinin İnsan resursları şöbəsi ilə birlikdə inzibati heyət üzvləri üçün növbəti təlimi “Vaxtın səmərəli idarə edilməsi” mövzusunda təşkil olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
