NEWS

Azərbaycan Universitetində korrpupsiyaya qarşı maarifləndirici tədbir keçirilib

Azərbaycan Universitetində Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi universitet əməkdaşları arasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasəti, mövcud qanunvericilik bazası və beynəlxalq təcrübə barədə məlumatlandırılması, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması olub. 

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi açaraq məruzəçini təqdim edib. Kafedra müdiri çıxışında korrupsiyaya qarşı mübarizədə hüquqi tədbirlərin kifayət etmədyini bildirib, etik dəyərlərin təşviqinin və maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Ardınca Siyasi və ictimai elmlər kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Natiq Həsənov “Azərbaycanda korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları: milli qanunvericilik, dövlət proqramları və beynəlxalq əməkdaşlıq mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Milli Fəaliyyət Planının əsas istiqamətlərinə xüsusi diqqət yetirilib.  Qeyd olunub ki, Prezident Sərəncamı ilə təsdiq olunmuş Milli Fəaliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasını əsas prioritet istiqamətlər kimi müəyyən edir. Sənəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, rəqəmsal idarəetmənin inkişafı və ictimai nəzarətin gücləndirilməsi kimi mühüm vəzifələri özündə ehtiva edir.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS