NEWS

Təlim – Tədris Mərkəzində “Learn2Share2” layihəsinin təlimləri başlayıb

Təlim – Tədris Mərkəzində “Learn2Share2” layihəsinin təlimləri başlayıb

12 november 2026

Baxış sayı: 8

Azərbaycan Universitetinin Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi, Keyfiyyət Təminatı Şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Learn2Share2” layihəsinin təlimlərinə start verilib. Layihənin seçim mərhələsində 50-dən artıq tələbə iştirak edib və onların arasından auditoriya qarşısında çıxış və təqdimat bacarıqlarını inkişaf etdirmək istəyən 15 tələbə müəyyənləşdirilib. 

“Learn2Share2” layihəsi çərçivəsində təşkil olunacaq təlimlərin məqsədi iştirakçılarda problem araşdırma, vizuallaşdırma və auditoriya qarşısında effektiv təqdimat bacarıqlarının formalaşdırılmasıdır. Təlimləri mərkəzin müdiri Samir Salayev aparır.   

Layihə çərçivəsində “Problemi seçmə və araşdırmaq yolları”, “Problemin aktuallığını və təklifləri vizuallaşdırmaq yolları”, “Təsirli nitq – Natiqlik vasitəsi ilə mesajı çatdırmaq” mövzularında təlimlər, həmçinin tələbələrin seçdikləri mövzular üzrə hazırladıqları çıxışların nəzərdən keçiriləcəyi və müzakirə olunacağı yoxlama görüşü keçiriləcək. Layihənin yekun mərhələsində tələbələrin final təqdimatları təşkil olunacaq və  iştirakçılar natiqlik bacarıqlarını auditoriya qarşısında nümayiş etdirəcəklər. 

Qeyd edək ki, layihənin birincisi 2025/2026-cı tədris ilində 20 tələbənin iştirakı ilə həyata keçirilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS