NEWS

Şəhid Fəxrəddin Qurbanlı təqaüdünə bu il Kamal Quliyev layiq görülüb

Şəhid Fəxrəddin Qurbanlı təqaüdünə bu il Kamal Quliyev layiq görülüb

03 november 2026

Baxış sayı: 12

2026/2027-ci tədris ilində Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüdə Kamal Quliyev layiq görülüb. Kamal Kamran oğlu Quliyev Dövlət və ictimai münasibətlər ixtisası üzrə I kurs tələbəsidir.   

Kamal Quliyev təqaüdə layiq görülməsi ilə bağlı fikirlərini saytımız ilə bölüşdü:

“Şəhid Fəxrəddin Qurbanlı adına təqaüdə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Fəxrəddin Qurbanlının həyat yolu, tələbəlik illərindəki fəallığı, təhsilə və inkişafa verdiyi önəm, eləcə də Vətən qarşısında göstərdiyi fədakarlıq mənim üçün xüsusi məna daşıyır. Çünki bu təqaüdün mənəvi dəyəri onun maddi dəyərindən daha böyükdür. Bu təqaüd mənə təkcə qazandığım uğurun sevincini yaşatmır, eyni zamanda daha əzmlə çalışmağa, bilik və bacarıqlarımı inkişaf etdirməyə, cəmiyyətə faydalı insan olmağa ruhlandırır. Mənə göstərilən etimada görə Azərbaycan Universitetinin rəhbərliyinə təşəkkür edir, Fəxrəddin Qurbanlının və bütün şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirəm”.

Qeyd edək ki, Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd Azərbaycan Universiteti tərəfindən universitetin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2016-cı ildə təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən başlayaraq birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir və ümumi məbləği 500 manat təşkil edir.

“Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd”ə layiq görülən tələbələr

  • 2016/2017-ci tədris ili: Ruzigar Asəf oğlu Şirinov, Maliyyə (tədris ingilis dilində)
  • 2017/2018-ci tədris ili: Günay Əfqan qızı İbrahimli, Sosial iş
  • 2018/2019-cu tədris ili: Sənan Nadir oğlu Fərmanlı, Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • 2019/2020-ci tədris ili: Zivər Məzahir qızı Məmmədova, Tərcümə (ingilis dili)
  • 2020/2021-ci tədris ili: Marina Teymuraz qızı Nasibova, Maliyyə (tədris ingilis dilində)
  • 2021/2022-ci tədris ili: Murad İlham oğlu Tağıyev, Sosial iş
  • 2022/2023-cü tədris ili: Səfəralı Səbuhi oğlu Qeybullayev, Tərcümə (ingilis dili)
  • 2023/2024-cü tədris ili: Nəzrin Yalçın qızı Oruclu, Tərcümə (ingilis dili)
  • 2024/2025-ci tədris ili: Səid Akşin oğlu Məhərrəmli Sosial iş (tədris ingilis dilində)
  • 2025/2026-cı tədris ili: Könül Babliyevna Məhəmmədova (Dövlət və ictimai münasibətlər)

 İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS