NEWS
Azərbaycan Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevə həsr olunmuş konfransda iştirak ediblər
Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin 25 tələbəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı” adlı respublika tələbə-şagird elmi konfransında məruzə ilə çıxış ediblər.
Ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən şagird, tələbə və müəllim heyətlərinin iştirakı ilə keçirilən konfransda tələbələr ümummilli liderin hüquqi dövlət quruculuğundakı tarixi xidmətlərinə dair araşdırmalarını təqdim ediblər.
Konfransda uğurlu çıxışlarına görə aşağıda adları qeyd olunan tələbələrə sertifikatlar təqdim olunub.
- Leyla Ələkbərova – Filologiya (Azərbaycan dili və ədəbiyyatı), II kurs
- Səidə Aslanova – Filologiya (Azərbaycan dili və ədəbiyyatı), III kurs
- Fidan Muxtarova – Filologiya (ingilis dili və ədəbiyyatı), II kurs
- Firuzə Vəliyeva – Filologiya (ingilis dili və ədəbiyyatı), II kurs
- Nigar Hüseynli – Filologiya (ingilis dili və ədəbiyyatı), II kurs
- Aynur Quliyeva – Filologiya (ingilis dili və ədəbiyyatı), II kurs
- Səadət Motuxova – Filologiya (ingilis dili və ədəbiyyatı), II kurs
- Səma Mehdiyeva – Filologiya (ingilis dili və ədəbiyyatı), II kurs
- Solmaz İlyaszadə – Filologiya (ingilis dili və ədəbiyyatı), III kurs
- Əzizə Məmmədova – Tərcümə (ingilis dili), II kurs
- Nərmin Məmmədli – Tərcümə (ingilis dili), II kurs
- Lala Quliyeva – Tərcümə (ingilis dili), II kurs
- Günay Dünyamalıyeva – Tərcümə (ingilis dili), III kurs
- Fidan Hüseynova – Tərcümə (ingilis dili), III kurs
- Zemfira Zeynalova – Tərcümə (ingilis dili), III kurs
- Cansu Nəzərova – Sosial iş, I kurs
- Cansu Süleymanzadə – Sosial iş, III kurs
- Aytən Eyubova – Sosial iş, III kurs
- Nərmin Əsgərova – Sosial iş, IV kurs
- İlahə İdayətova – Sosial iş, IV kurs
- İlham Adıgözəlov – Tarix, III kurs
- Zəhra Abbasova – Tarix, III kurs
- Bəsti Ağalıyeva – Dövlət və ictimai münasibətlər, II kurs
- Yusif Nəbizadə – Dövlət və ictimai münasibətlər, III kurs
- Məryam Qəmbərova – Fəlsəfə, III kurs
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində keçirilən konfransa ümumilikdə 900 tələbə və şagird tezislə müraciət edib.
İctimaiyyətlə əlaqələr şöbəsi