NEWS

Təlim-Tədris Mərkəzində “İnteraktiv dərsin planlaşdırılması və təşkili” mövzusunda təlimlərə başlanıb

Təlim-Tədris Mərkəzində  “İnteraktiv dərsin planlaşdırılması və təşkili” mövzusunda təlimlərə başlanıb

27 january 2026

Baxış sayı: 35

Azərbaycan Universitetinin Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin cari tədris ili ərzində universitetin akademik heyəti üçün planlaşdırdığı dördüncü təlim modulunun ikinci hissəsinə start verilib. “İnteraktiv dərsin planlaşdırılması və təşkili” mövzusunu əhatə edən 4.2. təlim modulu pedaqoji heyətin interaktiv təlimlərin təşkili bacarıqlarının artırılmasına xidmət edir. Mərkəzin müdiri, peşəkar kurikulum təlimçisi  Samir Salayev tərəfindən həyata keçirilən modul çərçivəsində nəzəri və praktik fəaliyyətlərlə müşayiət olunan təlimlər yanvar ayının sonuna  qədər davam edəcək. Təlimlərin müxtəlif tarix və saatlarda olmaqla 15 qrup üçün təşkil olunması planlaşdırılıb. 

Qeyd edək ki, Azərbaycan Universiteti Təlim-Tədris Mərkəzi tərəfindən cari tədris ili ərzində akademik heyət üçün ardıcıl təlim modullarının təşkili nəzərdə tutulub. İştirakçılar hər modulun sonunda xüsusi tapşırıqlarla qiymətləndirilirlər. 4.2. təlim modulunun ikinci hissəsində təklif olunan fəaliyyət və təlim üsulları pedaqoji fəaliyyətin monitorinqinin əsas hissəsini təşkil edəcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS