NEWS

“Vətən Qırım” təşkilatının vitse - prezidenti Sosial iş tələbələri ilə görüşüb

“Vətən Qırım” təşkilatının vitse - prezidenti Sosial iş tələbələri ilə görüşüb

16 october 2025

Baxış sayı: 31

Belçikada fəaliyyət göstərən “Vətən Qırım” təşkilatının prezidenti, Qırım Təşkilatları Assambleyasının (Qırım Teskilâtlarının Asamblesi) vitse-prezidenti Leyla Şeyxzadə Azərbaycan Universitetinin Gənclərlə iş ixtisası üzrə II kurs magistratura tələbələri ilə görüşüb.

Görüş zamanı Leyla Şeyxzadə tələbələrə təşkilatın fəaliyyəti, müasir gəncliyin qarşılaşdığı problemlər haqqında danışıb, həmçinin ictimai və mədəni sahədəki təcrübəsini bölüşüb.

O, çıxışında xüsusilə milli kimliyin qorunması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirib.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS