Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrların nəzərinə!
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olmuş bakalavrları təbrik edir, təhsilin növbəti pilləsində uğurlar arzulayırıq!
Bizi seçdiyiniz üçün təşəkkür edirik!
Nəzərinizə çatdırırıq ki, magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı
- Bakalavr diplomu və diplom əlavəsinin notarial təsdiqi
- Universiteti bitirmə haqqında arayış (yalnız carı ilin məzunları üçün)
- İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi biletin surəti (yanlız oğlanlar üçün)
- Şəxsiyyət vəsiqəsinin surəti
- 2 ədəd 3*4 şəkil və 1 ədəd şəklin elektron variantı
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrlar qeydiyyat, sənədlər və ödənişlə bağlı Tələbələrlə iş şöbəsi ilə, Dərslərin təşkili ilə bağlı isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
- Tələbələrlə iş şöbəsi
Tel.: (+994) 50 268 38 19, (+994) 55 220 40 57 - Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
Tel.: (+994) 12 431 41 12, 13, 16 (daxili 126)
(+994) 55 220 40 62 (Humanitar elmlər və İKT üzrə)
(+994) 50 268 38 08 (İqtisadiyyat və MBA üzrə)
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.
İmtiyazlı statusda olan tələbələr
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- I və II dərəcə əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.