Mübadilə proqramları

MÜBADİLƏ PROQRAMI

Mübadilə proqramı təhsil, təlim və gənclər sahəsində mobilliyin və əməkdaşlığın dəstəklənməsinə diqqət yetirir. Bu proqram tələbə, akademik və inzibati heyətin mübadiləsi, universitetlər arasında strateji tərəfdaşlıq da daxil olmaqla müxtəlif təhsil fəaliyyətlərində iştirak edən şəxslərə və təşkilatlara maliyyə dəstəyi verir. Məqsəd təhsilin keyfiyyətini artırmaq, əməkdaşlıq və universitetlər arasında bilik və ən yaxşı təcrübə mübadiləsini təşviq etməkdir.

Tələbə mübadiləsi

Mübadilə proqramına müraciət edən tələbələr hər təhsil səviyyəsində bir dəfə proqramda iştirak etmək hüququna malikdir. Bu proqramda yalnız əyani təhsil alan tələbələr iştirak edə bilərlər. Proqram çərçivəsində xarici ölkədə bir semestr bakalavriat və ya magistratura səviyyəsində təhsil almaq istəyən tələbələr aşağıdakı sənədləri Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər:

  • ÜOMG (GPA) 75-dən yuxarı
  • Dil biliyi sertifikatı (İngilis dili B2 səviyyəsində olması arzu olunandır)
  • Transkript
  • Pasport

Müsabiqədə iştirak etmək istəyən tələbələr Universitet daxilində təşkil olunan komissiya tərəfindən müsahibəyə dəvət olunurlar (müsahibədə dil səviyyəsinə baxılır və ixtisas üzrə suallar verilir). 

Qiymətləndirmə cədvəli

Əməkdaşların mübadiləsi

Tədris mübadiləsi: Ali təhsil müəssisəsinin ştatda olan professor - müəllim heyətinə və ya müəssisə işçilərinə xarici tərəfdaş ali təhsil müəssisəsində 8 saat tədris aparmaq imkanı verir.

Təlim mübadiləsi: Ali təhsil müəssisəsinin ştatda olan inzibati heyətinə xaricdə təlim tədbirlərində iştirak etmələrini  (konfranslar istisna olmaqla) və tərəfdaş ali təhsil müəssisəsində təcrübə keçmələrini dəstəkləyir. Mübadilə müddəti 1-2 həftədir. 

Mübadilədə iştirak etmək istəyən əməkdaşlar aşağıdakı sənədləri Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər:

  • Doldurulmuş və imzalanmış müraciət forması
  • CV
  • Pasport
  • Qeyd: Mübadilədə iştirak etmək istəyən müraciətçilərin İngilis dili səviyyəsi  minimum B2 olmalıdır.

Azərbaycan Universiteti hazırda mübadilə layihələri çərçivəsində aşağıdakı universitetlərlə ikitərəfli müqavilələr əsasında kredit mobilliyi həyata keçirir.

  • Hochschule Koblenz, University of Applied Sciences, Germany
  • Anadolu University, Türkiye
  • West University of Timisoara, Romania
  • Cracow University of Economics, Poland
  • Universita degli Studi della Tuscia, Italy
  • Cankırı Karatekin University, Türkiye
  • Sapienza University of Rome, Italy
  • Mikolas Romeris University, Lithuania
  • Necmettin Erbakan University, Türkiye
  • Kastamonu University, Türkiye
  • Almaty Management University, Kazakhstan
  • International Black Sea University, Georgia

Tərəfdaş universitetlərin siyahısı və ayrılmış yerlərin sayı (kvota) hər tədris ili və ya semestrdə dəyişə bilər. Bununla  bağlı məlumat və yeniliklər müntəzəm olaraq Universitetin rəsmi saytında və sosial media səhifələrində yerləşdirilir.