EVENTS
Akademik heyət üzvləri üçün mobillik proqramına sənəd qəbulu elan edilir
06
10
Azərbaycan Universiteti ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında imzalanan müqavilə çərçivəsində 2026/2027-ci tədris ilinin yaz semestri üzrə akademik heyət üzvləri üçün mobillik proqramına sənəd qəbulu elan edilir. İştirakçıların seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsabiqə əsasında aparılacaq və proqramda 2 akademik heyət üzvü iştirak edə biləcək.
Mobillik proqramı çərçivəsində akademik heyət üzvlərinin aşağıdakı mövzular üzrə seminar və təlimlərinin keçirilməsi planlaşdırılır:
- Rəqəmsal transformasiya
- Süni intellekt və maşın öyrənməsi
- Müasir proqram mühəndisliyi təcrübələri
- “Data Science”və “Big Data”
- Süni intellektin təhsil və sənayedə tətbiqləri
Proqramda iştirak etmək istəyən akademik heyət üzvlərindən CV-lərini 15 noyabr 2026-cı il tarixinə qədər Beynəlxalq əlaqələr şöbəsinə (elmira.ismayilova@au.edu.az , sevlan.gurbanova@au.edu.az) təqdim etmələri xahiş olunur.
Akademik heyət üzvləri daha ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
