ELANLAR

Akademik heyət üzvləri üçün mobillik proqramına sənəd qəbulu elan edilir

06
10

Azərbaycan Universiteti ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında imzalanan müqavilə çərçivəsində 2026/2027-ci tədris ilinin yaz semestri üzrə akademik heyət üzvləri üçün mobillik proqramına sənəd qəbulu elan edilir. İştirakçıların seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsabiqə əsasında aparılacaq və proqramda Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının 2 akademik heyət üzvü iştirak edə biləcək. 

Mobillik proqramı çərçivəsində akademik heyət üzvləri aşağıdakı mövzular üzrə mühazirə oxuyacaqlar. 

  • Rəqəmsal transformasiya
  • Rəqəmsal transformasiya
  • Süni intellekt və maşın öyrənməsi
  • Müasir proqram mühəndisliyi təcrübələri
  • “Data Science”və “Big Data”
  • Süni intellektin təhsil və sənayedə tətbiqləri

Proqramda iştirak etmək istəyən akademik heyət üzvlərindən CV-lərini 15 noyabr 2026-cı il tarixinə qədər Beynəlxalq əlaqələr şöbəsinə (elmira.ismayilova@au.edu.az , sevlan.gurbanova@au.edu.az) təqdim etmələri xahiş olunur.

Akademik heyət üzvləri daha ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi