NEWS

Azərbaycan Universitetində II AU MUN Simulyasiya Konfransı keçirilib

Azərbaycan Universitetində II AU MUN Simulyasiya Konfransı keçirilib

18 march 2026

Baxış sayı: 109

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə təşkilatın nəzdində fəaliyyət göstərən “AU MUN Club” tərəfindən II AU MUN Simulyasiya Konfransı keçirilib. Konfrans BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum - WUF13) çərçivəsində müzakirə olunan prioritet istiqamətlərə uyğun olaraq gənclərin diplomatik nitq və debat bacarıqlarını inkişaf etdirmək, onları qlobal çağırışlara dair müzakirələrə cəlb etmək məqsədilə təşkil olunub. 

Konfransın açılışında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının proqram meneceri Bəxtiyar Quluzadə, Azərbaycan Universiteti TGT sədri Hüseyn Rüstəmli, Siyasi və ictimai elmlər kafedrasının müəllimi Əli Babazadə və “AU MUN Club”un baş katibi Gülzaman Əliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Universitetində MUN simulyasiya layihələrinin dəstəklənməsi və konfransların təşkili tələbələrin beynəlxalq münasibətlər sahəsində əldə etdikləri nəzəri bilikləri praktik müzakirələrə tətbiq etmələrinə imkan yaradır. 

Konfrans iki komitədən ibarət olub. Azərbaycan komitəsində müzakirə mövzusu “Qlobal urbanizasiya çağırışları və regional tətbiq perspektivləri: dayanıqlı, inklüziv və iqlimə davamlı şəhərlərin qurulması”, ingilis komitəsində isə “Building inclusive, climate-resilient and smart cities: policy innovation and global urban governance in an era of rapid urbanization” olub.

Tədbir bağlanış mərasimi ilə yekunlaşıb. Bağlanış mərasimində komitələrdə fərqlənən ölkə nümayəndələri mükafatlandırılıb.

Qeyd edək ki, konfransda 17 nəfəri xarici ölkə vətəndaşı olmaqla 55 tələbə iştirak edib.  

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS