NEWS

Mübadilə tələbəsi Jonas Borsch “Proqram mühəndisliyinə ekskursiya” mövzusunda təqdimatla çıxış edib

Koblenz Tətbiqi Elmlər Universitetinin sonuncu kurs tələbəsi Jonas Borsch universitetlərarası müqavilə çərçivəsində hazırda Azərbaycan Universitetində təhsilini davam etdirir. Almaniyalı tələbə qrup yoldaşları üçün “Proqram mühəndisliyinə ekskursiya” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat proqram təminatının sınaqdan keçirilməsi (Software Testing) və keyfiyyətin təminatı (Quality Assurance) proseslərinə həsr olunub. Jonas Borsch bu mərhələlərin proqram məhsullarının etibarlılığı və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Təqdimatda həmçinin proqram mühəndisləri ilə etik hakerlər və təhlükəsizlik analitikləri arasında əməkdaşlığa toxunulub. O, kibertəhlükələrə qarşı mübarizədə bu mütəxəssislər arasında sıx əməkdaşlığın zəruri olduğunu qeyd edib.

Ətraflı və sistemli şəkildə hazırlanan təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, Koblenz Tətbiqi Elmlər Universitetinin sonuncu kurs tələbəsi Jonas Borsch, hazırda mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetində İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsilini davam etdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS