Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş
"Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi"
Respublika konfransı
06 Aprel 2018, Azərbaycan Universiteti
2018-ci ildə müsəlman Şərqində yaranmış ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. 28 may 1918-ci il tarixində elan olunmuş Cümhuriyyətin qələbə çalması uzun bir dövrün məhsulu olmuşdur. Mirzə Fətəli Axundzadə Qərbi Avropa ədəbiyyatının janr sistemini (dramaturgiyasının, nəsrinin) və xüsusilə yeni düşüncə tərzini Azərbaycana gətirməklə yeni milli mədəniyyətimizin və gələcək müstəqilliyimizin ideologiyasının təməlini qoymuşdur.
Bədii söz sənətində cümhuriyyət ideologiyasının hazırlanmasında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlının əlahiddə rolu olmuşdur. XIX əsrin ortalarından başlayaraq milli mənlik uğrunda gedən mübarizənin bütün tendensiyaları, o cümlədən, ədəbi-bədii fikrin fəaliyyəti Məmməd Əmin Rəsulzadənin yaradıcılığında birləşmişdir.
Bu baxımdan 16 may 2017-ci il tarixili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını nəzərə alaraq Azərbaycan Universiteti 2018-ci ilin aprel ayının 6-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika konfransı keçirməyi planlaşdırır.
Konfransın məqsədi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin formalaşmasında mühüm rol oynamış cümhuriyyətin kontekstində filoloji fikrimizin keçdiyi yolu və uğurlarını üzə çıxarıb dəyərləndirmək, bu məsələlərin həllinə gənc tədqiqatçıları cəlb etmək, onların potensialını mövcud problemlərin həllinə yönəltməkdir.
Təşkilat Komitəsi
Sədr
- Səadət Əliyeva, Azərbaycan Universitetinin rektoru
Üzvlər
- Yusif Qasımov, Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor
- Ülviyyə Rəhimova, Azərbaycan Universiteti, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent
- Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti, Elm şöbəsinin müdiri, Riyaziyyat üzrə fəlsəfə doktoru
- Qorxmaz Quliyev, Azərbaycan Universiteti, professor
- Asif Hacıyev, Azərbaycan Universiteti, professor
- Məhərrəm Qasımlı, Azərbaycan Universiteti, professor
- Kamran Əliyev, Azərbaycan Universiteti, professor
- Bədirxan Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), professor
- İsmet Çetin, Gazi Unversiteti, professor, Türkiyə
- Necati Demir, Gazi Unversiteti, professor, Türkiyə
- Esma Şimşek, Fırat Universiteti, professor,Türkiyə
- Metin Ekici, Ege Universiteti, Türk Dünyası Araşdırmalar İnstitutu, professor, Türkiyə
- Dixan Kamzabekulı, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin prorektoru, professor, Qazaxıstan
- Rahmatulla Barakayev, Özbəkistan Elmlər Akademiyası, Dil və ədəbiyyat İnstitutu, professor
- Sarıgül Bahadırova, Özbəkistan Elmlər Akademiyası, Dil və ədəbiyyat İnstitutu, Karakalpak şöbəsi, professor
- Entela Muço, Albaniya - Azərbaycan Dostluq, elm və mədəniyyət cəmiyyətinin sədri, Albaniya Baş Arxivlər İdarəsi, Türk əlyazmalar şöbəsinin müdiri
- İlkin Quliyev, Kars Kafkas Universiteti, dosent, Türkiyə
- Saim Sakaoğlu, Selçuk Universiteti, dosent, Türkiyə
- Əminə İbrahimli, Azərbaycan Universiteti, dosent
- Ülkər İbrahimova, Azərbaycan Universiteti, Baş müəllim
- Xəyalə Əliyeva, Azərbaycan Universiteti, Baş müəllim
Katib
- Xatun Güləliyeva, Azərbaycan Universiteti
Elmi istiqamətlər
- Dil. Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri
- Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə araşdırılması prinsipləri
- Müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində
- Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri
Mühüm tarixlər
- Məqalələrin son göndərilmə tarixi: 11 mart 2018-ci il
- Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 01 aprel 2018-ci il
Plenar məruzəçilər
- Prof. Bədirxan Əhmədov, AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
- Prof. Fəxrəddin Veysəlli, Azərbaycan Dillər Universiteti
- Prof. Vaqif Sultanlı, Bakı Dövlət Universiteti
Müəlliflər üçün təlimatlar
- Konfransa Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr qəbul olunur.
- Məqalənin adının altında müəllifin adı - soyadı, elmi dərəcəsi, iş yeri və elektron ünvanı göstərilməlidir.
- Məqalə Times New Roman şrifti ilə, 12 pt hündürlüyündə, 1.5 sətir aralığında yazılmalı, minimum 3 səhifə olmalı, maksimum 5 səhifəni keçməməlidir.
- Məqalədə açar sözlər (3-5 söz), başlıqdan sonra qara hərflərlə qeyd olunmalı, xülasələrə də tərcümə olunaraq əlavə edilməlidir.
- Məqalə A4 səhifəsində yazılmaqla kənarlardan - soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm və aşağıdan 20 mm boşluq buraxılmalıdır.
- Azərbaycan və türk dillərində yazılan məqalələrin ingilis və rus, ingilis dilində yazılan məqalələrin Azərbaycan və rus, rus dilində yazılan məqalələrin isə Azərbaycan və ingilis dillərində xülasələri də olmalıdır.
- İstifadə olunan ədəbiyyat məqalənin sonunda yer almalı və iqtibaslar məqalənin içərisində [1,səh-342], [2,səh-78] və s. şəklində göstərilməlidir.
- İstifadə olunan ədəbiyyat iqtibas olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməlidir;
- İnternetdən (saytlardan) istifadə olunmuşsa ədəbiyyat siyahısının sonunda, link tam şəkildə, götürüldüyü tarixlə birgə yer almalıdır.
Nümunə
Ədəbiyyat:
- 1. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə iqtisadi inkişafı dövlət Proqramı// “İqtisadiyyat” qəzeti. 29 aprel - 5 may 2009 - cu il.
- 2. Azərbaycan tarixi: 7 cilddə, iv c., Bakı: “Elm”, 2000, 456 s.
- 3. Həbibov İ. Romantik lirikanın imkanları, Bakı: “Yazıçı”, 1984, 167 s.
- 4. http://palm.newsru.com/finance/11mar2009/defolt.html - 11 mart 2009, 19:00.
- Göndəriləcək məqalələr başqa yerdə yayımlanmamış və ya yayım üçün təqdim edilməmiş olmalıdır.
- Konfransa qeydiyyat haqqı 20 manatdır.
Keçirilmə yeri
Azərbaycan Universiteti
Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007
Əlaqə
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 153)
E-mail: cikfe2018@au.edu.az