The Future of Higher Education: Global Perspectives, Local Impact

International Conference on
The Future of Higher Education: Global Perspectives, Local Impact
Azerbaijan University, 4-5 May, 2026

The Future of Higher Education: Global Perspectives, Local Impact beynəlxalq konfransı ali təhsilin gələcəyinə dair müasir trendləri, innovativ yanaşmaları və yerli reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsirini müzakirə etmək məqsədilə təşkil olunur. Konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə və əmək bazarının yeni tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsini təşviq etməkdir.

Komitələr

Konfransın sədri

  • Səadət Əliyeva | Rektor, Azərbaycan Universiteti, Azərbaycan

Elmi komitə

  • Paul Gibbs | Middlesex Universiteti, Böyük Britaniya
  • Davrov Juraev | İqtisadiyyat və Pedaqogika Universiteti, Özbəkistan
  • Jasur Farmonov | İqtisadiyyat və Pedaqogika Universiteti, Özbəkistan

Təşkilat komitəsi

  • Sədr: Yusif Qasımov | Azərbaycan Universiteti, Azərbaycan
  • Həmsədr: Nüşabə Quliyeva | Azərbaycan Universiteti, Azərbaycan
  • Lətifə Ağamalıyeva | Azərbaycan Universiteti, Azərbaycan
  • Asif Paşayev | Azərbaycan Universiteti, Azərbaycan
  • Elvin Talışınski | Azərbaycan Universiteti, Azərbaycan
  • Səfər Məmmədov | Azərbaycan Universiteti, Azərbaycan
  • Nəriman Böyükkişi | Azərbaycan Universiteti, Azərbaycan
  • Nahid Almasov | Azərbaycan Universiteti, Azərbaycan
  • Tural Qocayev | Azərbaycan Universiteti, Azərbaycan
  • Aygün Qasımova | Azərbaycan Universiteti, Azərbaycan
  • Nigar Şahhüseynbəyova | Azərbaycan Universiteti, Azərbaycan
  • Gülnar Rzayeva | Azərbaycan Universiteti, Azərbaycan
  • Rəşad Məstəliyev | Azərbaycan Universiteti, Azərbaycan

Lokal Komitə

  • Humay Bağırova (Azərbaycan Universiteti, Azərbaycan)

Plenar məruzəçilər

  • Kürşat Çağıltay
    TED Universiteti, Ankara, Türkiyə
    Mövzu: Is Artificial Intelligence the New Savior of Higher Education? 
  • Paul Gibbs
    Middlesex Universiteti, London, Böyük Britaniya
    Mövzu:  Scholarship or academic entrepreneurship - you decide

Elmi istiqamətlər

1. Ali təhsildə rəqəmsal transformasiya

  • Tədrisin rəqəmsallaşdırılması və “ağıllı kampus” konsepsiyası
  • Təhsildə süni intellekt və maşın öyrənməsi texnologiyaları
  • Adaptiv öyrənmə texnologiyaları və fərdiləşdirilmiş təhsil
  • Universitetlərdə data analitikası və qərarvermə sistemləri
  • Tələbə və müəllimlər üçün rəqəmsal savadlılıq və yeni bacarıqlar

2. İnnovasiya, tədqiqat və bilik transferi

  • Tədqiqatyönümlü universitet modelləri və innovasiya ekosistemləri
  • Universitet-sənaye əməkdaşlığı və texnologiya transferi
  • Açıq elm təşəbbüsləri və elmi nəşr etikası
  • Mikrosertifikat proqramları və ömürboyu təhsil təşəbbüsləri
  • STEM təhsili və fənlərarası tədqiqatlar
  • Ali təhsildə startap mədəniyyəti və sahibkarlıq bacarıqları

3. Qloballaşma və beynəlxalq əməkdaşlıq

  • Ali təhsilin beynəlmiləlləşməsi və akademik mobillik
  • Qlobal tərəfdaşlıqlar, iki diplomlu proqramlar və Erasmus+ layihələri
  • Mədəniyyətlərarası kommunikasiya və inklüziv təhsil
  • Qlobal təhsil tendensiyalarının yerli şəraitə uyğunlaşdırılması
  • Ali təhsil sistemlərinin müqayisəli təhlili

4. Davamlı inkişaf, bərabərlik və sosial məsuliyyət

  • Ali təhsil və BMT Davamlı İnkişaf Məqsədləri
  • “Yaşıl universitet” konsepsiyası və davamlı kampus idarəetməsi
  • Gender bərabərliyi və inklüziv liderlik
  • Universitetlərin sosial məsuliyyəti və cəmiyyətlə əlaqə
  • Tələbə rifahı və psixoloji dəstək mexanizmləri
  • Pandemiyadan sonrakı dövrdə təhsilin çağırışları və imkanları

5. İdarəetmə, keyfiyyət və gələcəyin bacarıqları

  • Ali təhsil müəssisələrində liderlik və idarəetmə modelləri
  • Keyfiyyət təminatı və akkreditasiya mexanizmləri
  • Ali təhsildə təhsil siyasəti və islahatlar
  • Məzunların məşğulluğu və gələcəyə yönəlik bacarıqlar
  • Maliyyələşmə modelləri və dayanıqlı universitet inkişafı
  • Etika, dürüstlük və akademik mədəniyyət

Mühüm Tarixlər

  • Tezislərin göndərilməsi üçün son tarix: 1 aprel 2026
  • Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 20 aprel 2026
  • Konfrans proqramının göndərilməsi: 30 aprel 2026

Müəlliflər üçün təlimat

  • Konfransın rəsmi dili ingilis dilidir və yalnız bu dildə yazılmış tezislər qəbul olunacaq.
  • Tezislər üç səhifədən çox olmamalıdır.
  • Tezislərin hazırlanmasında müəlliflər aşağıdakı şablondan istifadə edə bilərlər: 
  • Template.docx
  • Müəlliflərə konfrans bölmələrində şifahi təqdimat üçün 15 dəqiqə vaxt ayrılacaq.
  • Tezislər və qeydiyyat forması  elm@au.edu.az  ünvanına göndərilməlidir.

Qeydiyyat

  • Konfransın qeydiyyat haqqı 100 manat manat təşkil edir. Buraya konfrans materialları, çay-kofe fasilələri və sosial proqram daxildir.
  • Qeydiyyat forması

Sosial proqram

  • Konfransın ikinci günü - 5 May 2026 tarixində iştirakçılara xüsusi sosial proqram təqdim olunacaq. 
  • Proqrama aşağıdakılar daxildir:
    Dağüstü parkdakı baxış meydanından Bakı şəhərinin panoraması və İçərişəhər turu




Keçirilmə yeri və əlaqə

  • Azərbaycan Universiteti
    Ünvan: Ceyhun Hacıbəyli 71
    E-mail: elm@au.edu.az
    Tel.: (+99412) 431 41 12 (160)