ELANLAR
Azərbaycan Universiteti tələbələri üçün “Learn2Share” layihəsinə müraciət başlayır
07
04
Azərbaycan Universiteti Təllim-Tədris Mərkəzi, Keyfiyyət Təminatı Şöbəsi və Tələbə Gənclər Təşkilatının birlikdə təşkilatçılığı ilə Azərbaycan Universitetinin tələbələri üçün "Learn2Share" layihəsinə start verilir. Layihə çərçivəsində seçilmiş tələbələrdə problem araşdırma, vizuallaşdırma və geniş auditoriya qarşısında effektiv təqdim etmək bacarıqları yaradacaq.
Layihə çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcək:
1. İştirakçıların seçimi mərhələsi- Layihəyə müraciətlərin online qəbul olunması. (Son tarix: 10 Aprel 2026, saat 19:00)
Layihəyə online müraciət anketlərinin dəyərləndirilməsi: 11-13 Aprel 2026-cı il
Müraciətçilərin layihəyə seçim müsahibəsinin təşkili:
- 14 Aprel 2026-cı il (2-ci gün) - saat 12:00
- 14 Aprel 2026-cı il (2-ci gün) - saat 14:00
2. Seçilən 20 nəfər iştirakçı tələbə üçün təlimlərin təşkili mərhələsi
1-ci təlim. Mövzu: “Problemi seçmə və problemi araşdırmaq yolları”
- 16 Aprel 2026 (4-cü gün) – saat 12:00 (TLC)
2-ci təlim. Mövzu: “Problemin aktuallığını və təklifləri vizuallaşdırmaq yolları”
- 23 Aprel 2026 (4-cü gün) - saat 12:00 (TLC)
3-cü təlim. Mövzu: “Təsirli nitq – Natiqlik vasitəsi ilə mesaj çatdırmaq”
- 01 May 2026 (5-ci gün) - saat 12:00 (TLC)
Verilən mövzular üzrə çıxış hazırlıqlarının yoxlanması görüşü:
- 06 May 2026 (3-cü gün) – saat 11:00 (TLC)
- 06 May 2026 (3-cü gün) – saat 14:00 (TLC)
3. Layihənin yekun mərhələsi.“Learn2Share” – layihəsi çərçivəsində tələbələrin final təqdimat çıxışları tədbiri, uğurlu iştirakçıların sertifikatla təltif olunması
- 15 May 2026 (5-ci gün) – saat 11:00 (Akt zalı)
Aşağıdakı anket suallarına cavab verərək “Learn2Share” layihəsinin seçimlərinə qatıla bilərsiniz.
https://forms.cloud.microsoft/r/vVBWwHJ2K2?origin=lprLink
