ELANLAR
“Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda esse müsabiqəsi elan olunur
25
09
Azərbaycan Universitetinin tələbələri arasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda esse müsabiqəsi elan olunur. Müsabiqədə iştirak etmək istəyən tələbələrimiz
- Heydər Əliyev və Qarabağ
- Heydər Əliyevin siyasi irsi
- Heydər Əliyevin ictimai fəaliyyəti
- Heydər Əliyev və iqtisadi islahatlar
- Heydər Əliyev və Azərbaycan təhsili
- Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı
- Heydər Əliyev və Azərbaycan mədəniyyəti
- Heydər Əliyev və müasir dövlət quruculuğu
- Heydər Əliyev və Azərbaycanın milli maraqları
- Heydər Əliyev və Azərbaycanın neft strategiyası
- Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli
və bu kimi istiqamətlərdə hazırladıqları esselərini 16 oktyabr 2023-cü il tarixinədək mövzu yerinə “esse müsabiqəsi” yazmaqla pr@au.edu.az elektron poçtuna göndərməlidirlər.
- Müsabiqəyə təqdim olunan esselər “MS Word” proqramında Times New Roman şrifti ilə 12 ölçüdə, 1.15 intervalla tərtib olunmalıdır.
- Mətnin yuxarı sağ küncündə tələbənin adı, soyadı və ata adı; ixtisası və kursu; e-poçt ünvanı; ortada isə essenin adı olmalıdır.
- Esseler Azərbaycan dilində yazılmalı və söz sayı 500 – 700 aralığında olmalıdır.
- Hər iştirakçı müsabiqəyə yalnız 1 (bir) esse təqdim edə bilər.
Təqdim edilən esselərin seçimi 17-31 oktyabr tarixləri arasında Münsiflər Heyəti tərəfindən aparılacaq, qalib və fərqlənənlər müəyyənləşdiriləcək.
Mükafatlandırma mərasimi noyabr ayında keçiriləcəkdir. I, II və III yerlərin qalibləri və fərqlənənlər fəxri fərman və hədiyyə mükafatlandırılacaqlar.
Müsabiqə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Heydər Əliyev ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin tələbələr tərəfindən araşdırılması və öyrənilməsinin diqqət mərkəzində saxlanmasıdır.
Təşkilat komitəsi əlaqə telefonu: (+99412) 431 41 12 daxili 136, 134
İctimaiyyətlə əlaqələr şöbəsi