ELANLAR

Bakalavriata qeydiyyat 2-12 sentyabr tarixlərində aparılacaq

01
09

Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə qəbul olan abituriyent və subbakalavrların nəzərinə!

Azərbaycan Universitetinin bakalavriat ixtisaslarına qəbul olan abituriyent və subbakalavrları təbrik edir, təhsilin növbəti pilləsində uğurlar arzulayırıq.

Qeyd edirik ki, abituriyent və subbakalavrlar qəbulun rəsmiləşdirilməsi üçün 2 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Portala yüklənməsi tələb olunan sənədlərin siyahısı

  • Orta təhsil haqqında Attestat (subbakalavrlar üçün diplom və əlavəsi)
  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet

Təhsil haqqı güzəşti və təhsil haqqından azad olunmaq üçün sənədlər

  • Sistemin təyin edəcəyi qərarlardan dəstək üçün istifadə edə bilərsiniz.

Qeydiyyat, sənədlər və ödənişlə bağlı daha ətraflı məlumat üçün

  • Tel.: (+99412) 431 41 12 /13/16 (daxili 114), (+99450) 268 38 19

İctimaiyyətlə əlaqələr şöbəsi