ELANLAR
Türkiyənin Eskişehir Texniki Universiteti tələbə mübadilə proqramına sənəd qəbulu elan edir
11
06
Türkiyənin ən dinamik tələbə şəhərlərindən biri olan Eskişehirdə yerləşən Eskişehir Texniki Universiteti 2026/2027-ci tədris ilinin payız semestri üçün tələbə mübadilə proqramına sənəd qəbulu elan edir.
Universitet tələbələrə beynəlxalq akademik mühit, müasir kampus, əlverişli yaşayış şəraiti və zəngin sosial-mədəni həyat təqdim edir. Müvafiq fakültə tərəfindən qəbul olunan mübadilə tələbələri təhsil haqqı ödəmədən təhsil ala bilərlər.
100% ingilis dilində tədris olunan bakalavriat proqramları:
- İnformasiya təhlükəsizliyi texnologiyaları
- İnformasiya sistemləri və texnologiyaları
- Kompüter mühəndisliyi
Qeyd: Bu fakültənin digər proqramlarında tədrisin təxminən 30%-i ingilis dilində aparılır.
Tələbələr üçün şərtlər:
- İngilis yaxud türk dili bilikləri minimum B2 səviyyəsində,
- GPA balı minimum 2,5 olmalıdır.
- İxtisas üzrə uyğunluq tələb olunur.
- Sənədlərin təqdim olunması üçün son tarix: 30 iyun 2026-cı ildir.
İxtisaslar haqqında daha ətraflı məlumat üçün:
https://akts.eskisehir.edu.tr/en
Mübadilə proqramında iştirak etmək istəyən tələbələr transkriptlərini (ortalama balı 75-dən yuxarı olmaqla) elmira.ismayilova@au.edu.az, sevlan.gurbanova@au.edu.az elektron poçt ünvanlarına göndərməli yaxud Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) təqdim etməlidirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
