ELANLAR
Polşanın Rzeszow Universiteti tələbə mübadiləsi proqramı elan edir
08
09
Polşanın Rzeszow Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün tələbə mübadiləsi proqramı elan edir.
Universitet tələbələrə beynəlxalq akademik mühit, müasir kampus, əlverişli yaşayış şəraiti və zəngin sosial-mədəni həyat təqdim edir. Müvafiq fakültə tərəfindən qəbul olunan mübadilə tələbələri təhsil haqqı ödəmədən təhsil ala bilərlər.
Proqrama aşağıda qeyd olunan ixtisaslarda təhsil alan tələbələr müraciət edə bilərlər:
- İqtisadiyyat
- Sosial iş
- Politologiya
- Kompüter mühəndisliyi
- İnformasiya texnologiyaları
Tələbələr üçün şərtlər:
- İngilis dili biliyi minimum B2 səviyyəsində olmalıdır;
- GPA göstəricisi minimum 75/100 olmalıdır;
- Tələbənin ixtisası təklif olunan proqramla uyğunluq təşkil etməlidir;
- Tələbələr ingilis dilində tədris olunan proqramlara müraciət edə bilərlər.
Mübadilə proqramında iştirak etmək istəyən tələbələr transkriptlərini (ortalama balı 75-dən yuxarı olmaqla) elmira.ismayilova@au.edu.az, sevlan.gurbanova@au.edu.az elektron poçt ünvanlarına göndərməli yaxud Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) təqdim etməlidirlər. Transkriptlərin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməsi üçün son tarix 16 sentyabr 2026-cı ildir.
Daha ətraflı məlumat üçün:
https://www.ur.edu.pl/en/courses-2026-2027
İctimaiyyətlə əlaqələr şöbəsi
