ELANLAR

Tələbələr arasında “Yaşıl dünya naminə” adlı bilik yarışı keçiriləcək

20
02

Azərbaycan Universitetinin tələbələri arasında “Yaşıl dünya naminə” adlı bilik yarışı keçiriləcək. Yarışın təşkil olunmasında məqsəd tələbələrin ekoloji savadlılığının artırılması, iqlim dəyişmələrinin ortaya çıxardığı fəsadlar və təhlükələr haqqında məlumat əldə etmələrini təmin etmək, onları “Yaşıl dünya”, “Yaşıl enerji” konsepsiyaları haqqında mövcud ədəbiyyatı mütaliəyə yönləndirməkdir.

Yarışa komanda şəklində qoşulmaq lazımdır. Komanda 1 nəfər kapitan olmaqla 5 iştirakçıdan (2 tələbə Biznes və iqtisadiyyat fakültəsi, 2 tələbə Humanitar fənlər fakültəsi və 1 tələbə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsindən olmaqla) ibarət olmalıdır.

Kapitanlar yarışda iştirak etmək istədiklərinə dair ərizə formasını, həmçinin mövzular haqqında məlumatı İctimaiyyətlə əlaqələr şöbəsindən (IV mərtəbə, 518 nömrəli otaq) əldə edə bilərlər.

Müraciət üçün son tarix 29 fevral 2024-cü ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi