ELANLAR

Türkiyənin Anadolu Universitetinə sənəd qəbulu elan olunur

16
12

Akademik və inzibati heyətin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə akademik və inzibati heyət mübadiləsi üçün sənəd qəbulu elan edir. 2025/2026-cı tədris ilinin yaz semestrini Türkiyədə 1 həftəlik təlimdə iştirak etmək istəyən əməkdaşlarımız Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

Proqram iştirakçılarına təqaüd verilir. Mübadilə proqramında iştirak etmək istəyən akademik və inzibati heyətin seçimi müsahibə yolu ilə aparılacaqdır. Təlim türk və ingilis dilində olacaqdır.

Proqramında iştirak etmək üçün şərtləri

  • CV təqdim olunmalıdır;
  • İngilis dili və ya Türk dili bilikləri minimum B2 səviyyəsində olmalıdır;
  • Azərbaycan Universitetində tam ştatlı əməkdaş kimi hazırda fəaliyyət göstərməlidir.

Proqrama müraciət üçün son tarix 05 yanvar 2026-cı ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi