ELANLAR
Türkiyənin Eskişehir Texniki Universiteti mübadilə proqramına sənəd qəbulu elan edir
23
11
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi tələbələri 2027-ci ilin yaz semestri üzrə Türkiyənin Eskişehir Texniki Universitetində (Eskişehir Technical University – ESTU) mübadilə proqramında iştirak etməyə dəvət edir. Proqram 8 fevral - 18 iyun 2027-ci il tarixlərini əhatə edəcək.
Proqram çərçivəsində informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisasında təhsil alan tələbələrin tam maliyyələşdirilən mobillik proqramında iştirakı nəzərdə tutulur. Bununla yanaşı, universitet tələbələrə mentorluq, tələbə bələdçiliyi, orientasiya və yaşayış yeri tapmaqda məsləhət xidməti göstərir.
Mübadilə proqramında iştirak şərtləri aşağıdadır:
- İngilis dili biliyi minimum B2 səviyyəsində;
- Ümumi orta müvəffəqiyyət göstəricisi 75-dən yuxarı olmalıdır.
Proqramda iştirak etmək istəyən tələbələr 4 dekabr 2026-cı il tarixinədək Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otaq) müraciət edə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
