ELANLAR
Türkiyənin Eskişehir Texniki Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur
03
11
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi tələbələri 2027-ci ilin yaz semestri üzrə Türkiyənin Eskişehir Texniki Universitetində (Eskişehir Technical University – ESTU) mübadilə proqramında iştirak etməyə dəvət edir. Proqram 15 fevral - 30 iyun 2027-ci il tarixlərini əhatə edəcək.
Proqrama müraciət etmək istəyən tələbələr informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və digər ixtisaslar üzrə təqdim olunan fənlərdən seçim edə bilərlər. Tədris ingilis dilində (bəzi proqramlarda 30 faiz ingilis dilində) həyata keçirilir.
Qeyd edək ki, universitet tələbələrə maliyyə dəstəyi və yaşayış yeri təmin etmir. Nəqliyyat, yaşayış və gündəlik xərclər tələbələrin özləri tərəfindən qarşılanmalıdır. Bununla yanaşı, universitet tələbələrə mentorluq, tələbə bələdçiliyi, orientasiya və yaşayış yeri tapmaqda məsləhət xidməti göstərir.
Proqramda iştirak etmək istəyən tələbələr 20 noyabr 2026-cı il tarixinədək Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otaq) müraciət edə bilərlər.
Ətraflı məlumat üçün:
https://uib.eskisehir.edu.tr/en/Duyuru/Detay/estu-semester-study-program-for-international-students-spring-2027
İctimaiyyətlə əlaqələr şöbəsi
