XƏBƏRLƏR

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar

02 iyun 2025

Baxış sayı: 152

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar. Azərbaycan Universitetində Tədris şöbəsi tərəfindən Menecment, İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri üçün istehsalat təcrübəsinə həsr olunmuş infosessiya təşkil edilib.

Tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev açaraq, istehsalat təcrübəsinin əhəmiyyəti və məqsədi haqqında ümumi məlumat verib. Tələbələrə təcrübə rəhbərlərini təqdim edən kafedra müdiri onların təcrübə keçəcəkləri müəssisə və təşkilatlar haqqında məlumatı da diqqətə çatdırıb. 

Daha sonra Tədris şöbəsinin əməkdaşı, təcrübə üzrə mütəxəssis Zeynəb Babayeva çıxış edərək təcrübənin təşkili, keçirilmə qaydaları və tələbələrin üzərinə düşən öhdəliklərdən bəhs edib. 

Sonda tələbələrin təcrübənin mahiyyəti, təşkili və qiymətləndirilməsi ilə bağlı sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR