XƏBƏRLƏR

Xarici dillər kafedrasının akademik yazı təlimləri davam edir

Xarici dillər kafedrasının akademik yazı təlimləri davam edir

29 aprel 2025

Baxış sayı: 352

Azərbaycan Universitetinin Xarici dillər kafedrasında akademik yazı bacarıqlarının inkişafına həsr olunmuş növbəti təlim keçirilib. “IELTS Writing Task 2: Advantages and Disadvantages” mövzusuna həsr olunmuş təlimdə kafedranın müəllimi Gülçöhrə Qədirova təqdimatla çıxış edib. 

Təlim zamanı iştirakçılara esse yazı növünün əsas xüsusiyyətləri, strukturun düzgün qurulması, ideyaların ardıcıl şəkildə təqdim edilməsi, arqumentlərin əsaslandırılması və nəticələrin aydın formada yekunlaşdırılması barədə ətraflı məlumat verilib. Təlimin praktiki hissəsində isə iştirakçılar "Advantages and Disadvantages" esse növünün spesifik xüsusiyyətləri ilə tanış olub, esse planının hazırlanması və yazının akademik tələblərə uyğun qurulması üzrə tapşırıqlar yerinə yetiriblər.

Tədbir Xarici dillər kafedrasının müəllimləri ilə yanaşı, Tərcümə və filologiya kafedrasının əməkdaşlarının da iştirakı ilə interaktiv, sual-cavab sessiyaları formatında davam edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR