XƏBƏRLƏR

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

04 avqust 2025

Baxış sayı: 135

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə mərkəzin elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) iyulun 30-dan avqustun 1-dək keçirilən ali təhsil müəssisələrinin sərgisi başa çatıb. 30-dan çox yerli ali təhsil müəssisəsinin iştirak etdiyi sərgidə Azərbaycan Universiteti öz stendi ilə təmsil olunub. 

Azərbaycan Universitetinin nümayəndələri stendə müraciət edən abituriyentlər, valideynlər və digər iştirakçılara qəbul prosesi, qəbul aparılan ixtisaslar, keçid balları, maddi-texniki baza, təqaüdlər, güzəştlər, beynəlxalq əməkdaşlıq, tələbələr üçün yaradılan imkanlar və onları maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumat verib, sualları cavablandırıblar.  

Sərgi müddətində abituriyentlər və onların valideynləri üçün Azərbaycan Universiteti haqqında təqdimat da nümayiş olunub. Təqdimatlar bunun üçün ayrılmış xüsusi otaqda hər gün saat 11.00-da başlayıb və təxminən bir saat davam edib. 

İyulun 30-dan avqustun 1-dək davam edən sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

                                  


DİGƏR XƏBƏRLƏR