XƏBƏRLƏR
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov CEO zirvəsində çıxış edib
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov uğur hekayəsi ilə gənclərin qonağı olub. Rektor, Bakıda ilk dəfə keçirilən “CEO Summit – 2015” adlı tədbirdə “İş həyatında təhsilli insanmı yoxsa əxlaqlı insanmı?” mövzusunda çıxış edib. Fərid Əhmədov qeyd olunan mövzunun iş həyatında tənzimlənməsi ilə bağlı beynəlxalq təcrübəsini tədbirin iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, “CEO Summit – 2015” "Business Talk" təşkilatı tərəfindən təsis olunub. Tədbirin təşkil edilməsində əsas məqsəd bilgi və təcrübənin paylaşılmasıdır. Tədbirdə 6 spiker iş və karyera həyatı haqqında çıxış ediblər.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
07.12.2015
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti magistratura səviyyəsinə 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramı üzrə qəbul aparır
17 iyul 2026
Doktorant Yeganə İsgəndərovaya fəlsəfə doktoru diplomu təqdim olunub
10 iyul 2026
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək
09 iyul 2026
Azərbaycan Universitetinin XXXII Məzun Günü keçirilib
03 iyul 2026
Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru “Asılılıqla Mübarizə Təlim Proqramı”nda iştirak edib
29 iyun 2026
Filologiya tələbələrinin “Ulduz” jurnalında keçdikləri təcrübə yekunlaşıb
29 iyun 2026
