XƏBƏRLƏR
Azərbaycan Universitetində Azərbaycan dilinin qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
Azərbaycan Universitetində Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və AMEA Nəsimi adına Dilçilik institutunun təşkilati dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyi tərəfindən təşkil olunur.
4 oktyabr 2017-ci il tarixində Azərbaycan Universitetinin Nəsimi rayonu, Ceyhun Hacıbəyli-71 ünvanında yerləşən tədris korpusunda saat 11:00-da başlayacaq konfransın nəzərdə tutulan gündəliyi aşağıdadır.
- Açılış nitqi - “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri, layihənin rəhbəri Təhmasib Novruzov
- Sənədli film nümayişi - Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin istehsalı olan “Dilimiz reklamlarda” və “Televiziya proqramlarında Azərbaycan ədəbi dili” sənədli filmlərinin nümayişi
- Məruzə - “Ana dilinin saflığını qorumaq hər bir vətəndaşın mənəvi borcudur”, AMEA dilçilik insititunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva
- Çıxışlar (Professor Buludxan Xəlilov, Xalq artistləri Ofelya Sənani, Eldost Bayram, Əməkdar artist Natəvan Hacıyeva)
- Konfransın işinin yekunlaşdırılması
İctimaiyyətlə əlaqələr şöbəsi
02.10.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
