XƏBƏRLƏR
Azərbaycan Universiteti Zəfər Kurslarının təhsil sərgisində iştirak edib
Azərbaycan Universiteti Zəfər Kurslarının təşkilatçılığı ilə “Park Inn Hotel”də keçirilən “Azərbaycan Universitetlərinin Təhsil Sərgisi”ndə öz stendi ilə təmsil olunub.
Stendə gələn ziyarətçilərə qəbul aparılan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, xaricdə təhsil imkanları, tətbiq olunan təqaüd proqramları, universitetin uğurları haqqında məlumat verilib, abituriyent və valideynlərin qəbul prosesi, ixtisas seçimi və Azərbaycan Universitetinin fəaliyyəti haqqında sualları cavablandırılıb.
Sərgidə 26 universitet, kollec və hazırlıq kursu təmsil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
05.05.2019
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
