XƏBƏRLƏR
Azərbaycan Universitetində “Clarivate Analytics” şirkətinin növbəti təlimi keçirilib
Azərbaycan Universitetində “Web of Science” elmi platformasından istifadə ilə bağlı baza təlimi keçirilib. “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti Ineş Kenjinanın apardığı təlimdə universitetin müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak edib.
Təlim “Web of Science” platformasında effektiv axtarış aparmağın yolları, elmi məqalələri təqdim etmək üçün jurnalların seçilməsi, “Yırtıcı jurnal”larla bağlı problemlər, müəlliflərin “Publons”da ResearcherID profili və elmi məhsuldarlıqla bağlı digər müəllif indentifaktorları haqqında mövzuları əhatə edib.
Təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
15.10.2019
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
