XƏBƏRLƏR
Azərbaycan Universitetində “Zəngəzur: sabaha hesablanmış işğal” filminin təqdimatı keçirilib
Azərbaycan Universitetində Qarabağ zəfərinin ikinci ildönümünə həsr olunan daha br tədbir təşkil olunub. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin “Zəngəzur: sabaha hesablanmış işğal” layihəsi çərçivəsində hazırlanan eyniadlı sənədli filmin Azərbaycan Universitetinin tələbələri üçün təqdimatı keçirilib.
Filmin nümayişindən əvvəl ictimai birliyin sədri Rada Abbas çıxış edərək Zəngəzurun 1920-ci ildə Ermənistana verilməsi qərarı haqqında tələbələrə məlumat verib. Rada Abbas qeyd edib ki, film inigilis dilinə də tərcümə ediləcək. Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva Vətən müharibəsi ilə işğaldan azad edilən torpaqlarımızın strateji əhəmiyyəti haqqında danışıb.
Çıxışların ardından sənədli filmin nümayişi olub.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci ildə elan etdiyi grant müsabiqəsinin qalibidir.
İctimaiyyətlə əlaqələr şöbəsi