XƏBƏRLƏR
Azərbaycan Universitetinin 16 tələbəsi “Boccia”da istehsalat təcrübəsi keçir
Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələri diplomqabağı istehsalat təcrübəsini Boccia İdman Federasiyasında keçirlər. Tələbələr milli komandanın 5 kateqoriyalı idmançılarının məşq zamanı assitantlığını edərək qeyri-məşq vaxtlarında onların problemlərini öyrənir və çıxış yolu tapmaq üçün çalışırlar.
İstehsalat təcrübəsi 24 may 2022-ci il tarixində yekunlaşacaq. Federasiyada təcrübə keçən tələbələrin sayı 16-dır.
Qeyd edək ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cu ildən təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Boccia İdman Federasiyası isə 2018-ci ildə yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
14.03.2022