XƏBƏRLƏR

Azərbaycan Universitetinin XXIV buraxılış Məzun Günü keçirilib

Azərbaycan Universitetinin XXIV buraxılış Məzun Günü keçirilib

01 iyul 2018

Baxış sayı: 6733

Azərbaycan Universitetinin 2017/2018-ci tədris ili məzunlarına həsr olunmuş XXIV buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin və Azərbaycan Universiteti himninin səsləndirilməsi ilə başlayıb. Universitetin rektoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, ölkənin ali təhsil məkanında xüsusi çəkisi ilə fərqlənən Azərbaycan Universiteti 24-cü dəfədir ki, öz məzunlarını iş dünyasına yola salır. Vurğulanıb ki, universitet heyəti və müəllimlər məzunların onlara göstərilən etimadı iş həyatında öz fəaliyyətləri ilə doğruldacaqlarına, doğma vətənimizn adını daşıyan Azərbaycan Universitetinin adını daim uca tutacaqlarına və layiqincə təmsil edəcəklərinə, ölkəmizin qüdrətlənməsi naminə çalışacaqlarına, onun hərtərəfli inkişafına öz töhfələrini verəcəklərinə əmindirlər.  

Rəsmi hissədə universiteti yüksək göstəricilərlə bitirənlərə Azərbaycan Universiteti rektorunun fəxri fərmanları təqdim olunub. Universitetdən 95.17 orta müvəffəqiyyət göstəricisi birinciliklə məzun olan Vəfa Axundova məzunlar adından çıxış edib, öz şəklini “Azərbaycan Universitetinin fəxrləri” lövhəsinə yerləşdirib.

Rəsmi hissənin ardından açıq havada məzunların papaqatma mərasimi keçirilib. Tədbir Murad Arif konserti və DJ proqramı ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Universitetinin bu il bakalavriat və magistratura pillələri üzrə ümumilikdə 215 məzun bitirir. Onlardan 11-nə Azərbaycan Universiteti rektorunun fəxri fərmanı təqdim olunub.

Fəxri fərmanla təltif olunan məzunlar

  • Vəfa Axundova (Humanitar fənlər fakültəsi)
  • Turan Nurməmmədova (Biznes və iqtisadiyyat fakültəsi)
  • Sərxan Abbaszadə (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)
  • Hüsniyyə Hüseynova (Biznes və iqtisadiyyat fakültəsi)
  • Sabina Əzimova (Humanitar fənlər fakültəsi)
  • Əyyub Hacıyev (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)
  • Mehparə Cəfərova (Biznes və iqtisadiyyat fakültəsi)
  • Bahar Həsənli (Humanitar fənlər fakültəsi)
  • Gülsüm Babayeva (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)  
  • Zibeydə Alagözova (Magistratura)
  • Hafizə Əsədullazadə (MBA)   

İctimaiyyətlə əlaqələr şöbəsi
01.07.2018


DİGƏR XƏBƏRLƏR