XƏBƏRLƏR
Azərbaycan Universitetinin müəlliminin xarici nüfuzlu jurnalda elmi məqaləsi dərc olunub
Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Rəhimovanın Alfred Nobel adına Dnipropetrovsk Universitetinin «Вicник Днiпропетровського унiверситету iменi Альфреда Нобеля» jurnalının növbəti sayında “Təhkiyədə sükunət problemi” başlıqlı məqaləsi çap olunub.
Məqalədə ədəbiyyatşünaslığın problemlərindən səssizliyin semantikasının bədii əsərdə təcəssümündən söhbət açılır. Bu problem – sükunət problemi görkəmli Azərbaycan yazıçısı Yusif Səmədoğlunun yaradıcılığından nümunələr əsasında təhlil olunur. Məqalədə həmçinin mövcud problematikaya bir sıra aspektlərdən yanaşılır.
İctimaiyyətlə əlaqələr şöbəsi
22.09.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
