XƏBƏRLƏR
“Kapital Bank”ın əməkdaşı tələbələrə ustad dərsi keçib
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün “Data analitikası” mövzusunda ustad dərsi təşkil olunub. Tələbələr dərsdə biznes analitikası üzrə mütəxəssis və bu sahədə 20 ildən çox təcrübəyə malik, “Kapital Bank”ın data analitika üzrə funksional sahə rəhbəri Alper Tıraşın mövzu üzrə məruzəsini dinləyiblər.
Alper Tıraş məruzəsində iştirakçılara biznes analitikası anlayışı (Business Intelligence, BI), bank məhsulları və bank işində biznes analitikası, müştərilərlə əlaqələrin idarə edilməsi sistemləri (CRM / Customer Relationship Management) kimi mövzularda məlumat verib, real keyslər təqdim edib.
Dərsin sonunda tələbələrin məruzəyə dair sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
