XƏBƏRLƏR
Azərbaycan Universitetində gənc tədqiqatçıların yeddinci respublika konfransı keçiriləcək
Azərbaycan Universitetində gənc tədqiqatçıların yeddinci respublika elmi konfransı keçiriləcək. Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat Universitetin saytında yerləşdirilib.
15 mart 2024-cü il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.
Konfransda iştirak etmək istəyənlər tezislərini fevralın 16-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 1 mart 2024-cü ildir.
Daha ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid:
https://au.edu.az/az/conferences/genc_tedqiqatcilarin_yeddinci_respublika_elmi_konfransi_2024