XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları İtaliyada beynəlxalq tədbirdə iştirak ediblər

Azərbaycan Universitetinin əməkdaşları İtaliyada beynəlxalq tədbirdə iştirak ediblər

02 iyun 2023

Baxış sayı: 658

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədova, Keyfiyyət təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova “Erasmus+” proqramı çərçivəsində İtaliyanın Tuscia Universitetində təşkil olunan 5 günlük “International Week” (Beynəlxalq həftə) tədbirində iştirak ediblər. 

20-dən çox ölkədən 90-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ali təhsildə beynəlmiləlləşmə, beynəlxalq kredit mobilliyinin idarə olunması, “Erasmus+” beynəlxalq mobillik ofislərinin fəaliyyətinin təşkili, “Erasmus+” proqram və layihələrinə müraciətlər, daxili keyfiyyətin təmin edilməsi, mədəniyyətlərarası dialoq kimi mövzularda təlimlər təşkil olunub, fikir mübadiləsi aparılıb, ikitərəfli görüşlər keçirilib. 

Universitetin əməkdaşları beynəlxalq həftədə universitet və daxili keyfiyyət təminatı haqqında təqdimatla çıxış edib, həmçinin Azərbaycan Universitetinin “Erasmus+” mübadilə proqramı ilə Tuscia Universitetində təhsil alan tələbələri ilə görüşüblər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR