XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimi Polşada keçirilən beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi Ülviyyə Mirzəyeva Polşanın Krakov şəhərində keçirilən “Bilik – iqtisadiyyat - cəmiyyət” mövzusunda XVII beynəlxalq elmi konfransda iştirak edib.

Krakov İqtisadiyyat Universitetinin İdarəetmə və Keyfiyyət Elmləri Kollecinin təşkilatçılığı ilə keçirilən konfransda Ülviyyə Mirzəyeva “Social Services in the Field of Child Welfare: International and Local Practices, and the Necessity of Establishing a Social Work Institution for Child Welfare in Azerbaijan” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycanda bu sahədə mövcud vəziyyəti analiz edərək, uşaqlara dair sosial iş institutunun yaradılmasının vacibliyini vurğulayıb, institutun təsis edilməsinin erkən müdaxilənin təmin olunması, inkişaf göstəricilərinin yüksəldilməsi və həssas qruplardan olan uşaqların müdafiəsi baxımından mühüm rol oynaya biləcəyini qeyd edib.

Qeyd edək ki, hər il ənənəvi olaraq təşkil olunan konfransı yalnız gənc alimlərin elmi araşdırmalarını geniş auditoriyaya təqdim etmələri üçün deyil, həm də akademik ictimaiyyət və biznes sektoru arasında bilik və təcrübə mübadiləsinin təşviq olunması baxımından əhəmiyyətli platforma hesab olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR