XƏBƏRLƏR

Azərbaycan Universitetinin prorektoru ATM-nin seminarında məruzə ilə çıxış edib

Azərbaycan Universitetinin prorektoru ATM-nin seminarında məruzə ilə çıxış edib

14 mart 2025

Baxış sayı: 297

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru  Yusif Qasımov və Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən “Akademik yazı və kənd təsərrüfatına dair elmi jurnallarda məqalə nəşri sahəsində tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda onlayn formatda keçirilən seminarda məruzə ilə çıxış ediblər. 

Seminarda Azərbaycan Universitetinin əməkdaşlarının “İndekslənən jurnallarda elmi məqalələrə qoyulan tələblər”, “Jurnal seçimi və məqalənin təqdimat prosesi” və “Elmi platformalarda müəllif profillərinin yaradılması və elmi sosial şəbəkələrin effektiv istifadəsi” mövzularında məruzələri dinlənilib. İştirakçılar təqdim olunan mövzular ətrafında müzakirələr aparıb, fikir mübadiləsi ediblər. 

Qeyd edək ki, seminarın məqsədi iştirakçıların nüfuzlu beynəlxalq jurnallarda elmi yazılarının dərc edilməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Seminara universitet, elmi-tədqiqat institutları və digər təşkilatlardan iştirakçılar dəvət olunub.

Martın 10-dan 14-dək davam edən onlayn seminara Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının və digər tabeli qurumlarının, eləcə də digər elm və təhsil müəssisələrinin akademik kontingenti, tədqiqatçılar, doktorant və dissertantlar olmaqla 100-ə yaxın iştirakçı qatılıb. Seminar mərkəzin Facebook səhifəsi vasitəsilə canlı yayımlanıb. Seminara bu platformada da maraq böyük olub, 500-ə yaxın Facebook istifadəçisi tədbirə qoşulub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR