XƏBƏRLƏR
Azərbaycan Universitetinin təcrübəçi tələbələri ahıllarla birgə tamaşa hazırlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinlərinin və Azərbaycan Universitetinin burada istehsalat təcrübəsi keçən Sosial iş tələbələrinin iştirakı ilə Azərbaycan kinofilmlərindən səhnəciklər hazırlanıb. Tamaşalar Novruz bayramı ərəfəsində Maştağa Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub.
Tədbirdə Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva və İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev də iştirak edib. Novruz bayramına həsr olunmuş tədbirin məqsədi gənc nəslin nümayəndələri ilə ahıl yaş kateqoriyasında olan şəxslərin birlikdə asudə vaxtının səmərəli təşkili, sosial bacarıq və aktivliyin inkişafı, milli-mənəvi dəyərlərimizin unudulmaması, dünyagörüşünün inkişafı, eləcə də təcrübə mübadiləsinin təmin olunmasıdır.
İctimaiyyətlə əlaqələr şöbəsi