XƏBƏRLƏR
Azərbaycan Universitetinin tələbələri “Story time” uşaq bağçasında olublar
Azərbaycan Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə IV kurs tələbələri auditoriyadankənar dərslər qrafikinə uyğun olaraq “Story time” uşaq bağçasında olublar. Sosial işin təşkili kafedrasının baş müəllimi Lalə Babayeva burada tələbələrə “Uşaq psixologiyası” və “Psixodiaqnostika və psixokonsultasiya” fənlərinin növbəti mühazirəsini keçib.
Tələbələr əvvəlcə bağça ilə tanış olublar. Ardınca uşaqları yaş qruplarına bölərək müxtəlif oyunlar oynayıb, psixoloji dəyərləndirmə aparıblar.
Sonda ümumi dəyərləndirmə aparılıb və tələbələr qiymətləndirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
