XƏBƏRLƏR
Beynəlxalq Tələbə günü Azərbaycan Universitetində kitab aksiyası ilə qeyd edilib
17 noyabr - Beynəlxalq Tələbə günü Azərbaycan Universitetində kitab aksiyası ilə qeyd edilib. Aksiya çərçivəsində dərs zamanı müəllimlər tərəfindən universitetin ictimai həyatında fəallıq nümayiş etdirən və yüksək nəticələrlə oxuyan tələbələrə kitab hədiyyə olunub.
Müəllimlər özəl gün münasibətilə tələbələri təbrik edib və onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Beynəlxalq Tələbə günü Çexiyada 1939-cu ildə faşist qoşunlarının vəhşiliyinə məruz qalan tələbələrin edam olunmasının ehtiramla xatırlanması, xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə elan olunub. Bu gün 1946-cı ildə beynəlxalq tələbələr konqresində təsis edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
17.11.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
