XƏBƏRLƏR
Bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür
Bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.
Azərbaycan Universitetinin kollektivi dövlət başçısını doğum günü münasibətilə təbrik edir, ən gözəl, ən xoş arzularını bildirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalından azad etdi. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.
Cənab Prezidentin qətiyyətli siyasi mövqeyi, Azərbaycan xalqının birlik və həmrəyliyi, Azərbaycan Ordusunun gücü və qüdrəti, Azərbaycan əsgərinin igidliyi, şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan qələbə 2020-ci ili müasir müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazdı.
İndi Azərbaycan xalqını böyük abadlıq-quruculuq işləri gözləyir. Xalqımız cənab prezidentin rəhbərliyində dağıdılmış, talan edilmiş Qarabağı bərpa edəcək, Qarabağ dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Ölkəmizi daha yüksək zirvələrə aparacaq, xalqımızın rifah, inkişaf və tərəqqisinə yönəlmiş bu yolda cənab prezidentə can sağlığı, tükənməz güc və enerji, yeni uğurlar arzulayırıq!
İctimaiyyətlə əlaqələr şöbəsi
24.12.2020
24.12.2020
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti magistratura səviyyəsinə 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramı üzrə qəbul aparır
17 iyul 2026
Doktorant Yeganə İsgəndərovaya fəlsəfə doktoru diplomu təqdim olunub
10 iyul 2026
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək
09 iyul 2026
Azərbaycan Universitetinin XXXII Məzun Günü keçirilib
03 iyul 2026
Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru “Asılılıqla Mübarizə Təlim Proqramı”nda iştirak edib
29 iyun 2026
Filologiya tələbələrinin “Ulduz” jurnalında keçdikləri təcrübə yekunlaşıb
29 iyun 2026
