XƏBƏRLƏR

Xarici dillər kafedrasının növbəti təlimi “Cause and Effect” mövzusuna həsr olunub

Xarici dillər kafedrasının növbəti təlimi “Cause and Effect” mövzusuna həsr olunub

14 aprel 2025

Baxış sayı: 156

Azərbaycan Universitetinin Xarici dillər kafedrasının akademik yazı bacarıqlarının inkişafına həsr olunmuş təlimləri davam edir. “Cause and Effect” (Səbəb və nəticə) mövzusunda növbəti təlimi kafedranın müəllimi Aynur Həsənova aparıb. 

İnteraktiv formatda təşkil olunan tədbirdə Aynur Həsənova mövzunun mahiyyəti, yazı tapşırıqlarının strukturu, yazılma qaydaları və qiymətləndirmə meyarları haqqında məlumat verib. Təlimin davamında real nümunələr üzərində müzakirələr aparılıb, öyrənilən nəzəri biliklər əsasında iştirakçılar praktiki tapşırıqları yerinə yetiriblər.   

Qeyd edək ki, təlimdə  Xarici dillər kafedrasının pedaqoji heyəti ilə yanaşı Tərcümə və filologiya kafedralarının müəllimləri də fəal iştirak ediblər. Təlim sessiyaları müəllimlərin yazılı qiymətləndirmə bacarıqlarını artırmaq və vahid standartların tətbiqini təmin etmək məqsədi daşıyır və tədris ilinin sonunadək davam etdirilməsi planlaşdırılır.  

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR