XƏBƏRLƏR

Dissertant Toğrul Fərzullayevin ilkin müzakirəsi keçirilib

Dissertant Toğrul Fərzullayevin ilkin müzakirəsi keçirilib

11 mart 2025

Baxış sayı: 257

İqtisadiyyat və idarəetmə kafedrasının iclasında dissertant Toğrul Əliverdi oğlu Fərzullayevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Azərbaycan Respublikasında kommersiya təşkilatlarının innovativ idarəetmə sisteminin formalaşdırılması” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İqtisadiyyat və idarəetmə kafedrasının professoru Rövşən Quliyevin sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri iqtisad elmləri doktoru, professor Elşad Məmmədovdur.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR