XƏBƏRLƏR

ECAR layihəsi çərçivəsində prorektorların görüşü keçirilib

ECAR layihəsi çərçivəsində prorektorların görüşü keçirilib

01 oktyabr 2021

Baxış sayı: 2063

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti görüş prorektorlar səviyyəsində təşkil olunub. Görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor, professor Yusif Qasımov təmsil edib. Tədbirdə layihənin gedişatı və görüləcək işlərin növbəti müzakirəsi baş tutub. 

Bakl Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən və Avropa Birliyinin maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar konfransının yaradılması” ECAR Erasmus+KA2 layihəsi 3 il müddətində icra olunacaq. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı yaratmaqla universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.10.2021

DİGƏR XƏBƏRLƏR