XƏBƏRLƏR
Elvin Talışinski Özbəkistan radiosunda çıxış edib
Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski Özbəkistan Respublikasının milli radiosu olan “Özbəkistan 24” radiosunda çıxış edib. Politoloq Abduvali Saybnazarovun təqdimatında “Özbəkistan və dünya” verilişinin qonağı olan kafedra müdiri Özbəkistan və Azərbaycan arasındakı münasibətlərin siyasi əhəmiyyətindən danışıb.
Elvin Talışinski qeyd edib ki, xüsusilə son dövrlərdə prezidentlərin qarşılıqlı səfərləri nəticəsində iki qardaş ölkə arasındakı əlaqələr yeni məzmun kəsb edib və yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Özbəkistan arasında hər bir sahədə sıx əməkdaşlıq daha da güclənəcək və yeni üfüqlər açacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
