XƏBƏRLƏR
“Holiday Inn Baku” Hotel Azərbaycan Universitetində “Karyera Günü” keçirib
“Holiday Inn Baku” Hotel və Azərbaycan Universitetinin Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə turizm ixtisaslarında təhsil alan tələbələr üçün “Karyera Günü” keçirilib. Tədbirdə hotelin İnsan resursları üzrə meneceri Yeganə Baxşiyeva, İnsan resursları üzrə mütəxəssis Nabat Əsədova və İnsan resursları üzrə koordinator Murad Sultanov tərəfindən iştirakçılara “Holiday Inn” brendinin tarixi və dəyərləri haqqında məlumat verilib, işə qəbulla bağlı tələbələrin sualları cavablandırılıb.
Tədbirin ikinci hissəsində isə tələbələrin təlim və təcrübə proqramlarına cəlb olunması məqsədilə təkbətək görüş əsasında CV-ləri qəbul olunub, onlara karyera məsləhəti verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
Azərbaycan Universitetində tələbələrin innovativ layihələrdə iştirakı müzakirə olunub
13 oktyabr 2026
Doktorant Günay İsmayılovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
12 oktyabr 2026
Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib
09 oktyabr 2026
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
