XƏBƏRLƏR
“İpək yolu” jurnalının 2022-ci il üçün 4-cü nömrəsi saytımızda yerləşdirilib
Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının 2022-ci il üçün sonuncu – dördüncü nömrəsi elektron versiyada universitetin saytında (www.au.edu.az) yerləşdirilib. Jurnalın bu nömrəsində iqtisad və filologiya elmlərinə aid Azərbaycan və rus dillərində məqalələr çap olunub.
Ciddi rəyləşdirilmiş elmi məqalələri dərc edən “İpək Yolu” jurnalının arxivini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri ipek.yolu@au.edu.az elektron ünvanına göndərə bilərlər.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxildir.
Bundan başqa jurnal Index Copernicus, E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.
2022-ci il üçün dördüncü nömrəyə keçid
https://au.edu.az/az/publications/ipek_yolu_archive_4_2022
Jurnalın səhifəsinə keçid
http://www.au.edu.az/az/menu/154/ipekyolu-jurnali-haqqinda
İctimaiyyətlə əlaqələr şöbəsi